Ben Sulayem ikinci müddətə FİA prezidenti seçilib
Bu gün Daşkənddə keçirilən FİA-nın Baş Assambleyasında Məhəmməd bin Sulayem Beynəlxalq Avtomobil Federasiyasının prezidenti vəzifəsinə yenidən seçilib və bu postda ikinci dördillik müddətinə başlayıb.
Federasiyanın mətbuat xidməti bununla bağlı rəsmi açıqlama yayıb. Bildirilib ki, son dörd il ərzində federasiya əhəmiyyətli dəyişikliklərdən keçib, daha səmərəli işləməyə başlayıb və maliyyə vəziyyəti daha sabit olub. Xüsusilə qeyd olunub ki, təşkilat 2021-ci ildə 24 milyon avro zərər etmişdisə də, ötən ili 4.7 milyon avro əməliyyat mənfəəti ilə başa vurub. Bu, son on ilə yaxın müddətdə ən yaxşı nəticə olub.
Bu gün FIA-nın İllik Baş Assambleyalarında 2025-ci il üçün 4,4 milyon avroluq müsbət əməliyyat nəticəsi proqnozunu açıqlayıb və bu, davamlı impuls və maliyyə inkişafını göstərir. Bu, uzunmüddətli planlaşdırma aparmağa, dünyanın bütün milli avtoklublarını dəstəkləməyə və strateji inkişaf proqramları üzərində işləməyə imkan verir.
Muhammed ben Sulayem: “Səsvermənin nəticələrinin bu qədər təsirli olmasına və mənə bir daha etimad göstərildiyinə görə bütün FİA üzvlərinə təşəkkür edirəm. Birlikdə çoxsaylı çətinlikləri aradan qaldırırıq, amma bu gün hər zamankından daha güclüyük.
Mən bunun böyük bir şərəf olduğunu düşünürəm və bu postda FİA-nın, avto və motosportun, həmçinin təşkilatımıza üzv olan bütün avtoklubların rifahı naminə çalışmaq niyyətindəyəm”.
Xatırladaq ki, sabiq ralli sürücüsü olan 64 yaşlı Sulayem FİA prezidenti postuna ilk dəfə 2021-ci ilin dekabrında seçilib – o, Jan Todtu əvəz edib.
Sulayem bu ilin dekabrında keçirilən seçkilərdə rəqibsiz şəkildə yenidən namizəd olub və növbəti dördillik müddət üçün səlahiyyət qazanıb.