31 Dekabr, 2025 Xəbərlər

Pilotlar və komanda rəhbərləri ilin sürücüsünü seçiblər

Hər il dekabr ayında çempionatın rəsmi saytının jurnalistləri komandaların rəhbərlərindən və sürücülərdən ötən mövsümün on ən yaxşı pilotunun adını çəkməyi xahiş edir. Səsvermə məxfi keçirilir.

Səsvermə zamanı komanda rəhbərləri öz pilotlarına səs verə bilməzlər. Lakin sürücülər özləri özlərinə səs verə bilərlər. Səsverən hər kəs özü üçün ən yaxşı onluğu müəyyən edib və xallar Formula 1-in mövcud xal sisteminə (25 – 18 – 15 – 12 – 10 – 8 – 6 – 4 – 2 – 1) hesablanıb.

Səsvermədə 8 komanda rəhbəri iştirak edib. Yalnız Red Bull və Ferrari istisnadır – görünür, digər komandaların pilotlarının adlarını çəkərək korporativ etikaya zidd getməmək üçün belə addım atıblar.

Pilotlardan isə 16 nəfər (Fernando Alonso, Kimi Antonelli, Oliver Berman, Qabriel Bortoleto, Pyer Qasli, Franko Kolapinto, Şarl Lekler, Liam Louson, Lando Norris, Esteban Okon, Oskar Piastri, Corc Rassell, Karlos Sayns, Ayzek Həcər, Maks Ferstappen və Aleks Elbon) bu sorğuda iştirak etməyə razılaşıb.

Lyuis Həmilton, Niko Hülkenberq, Ləns Stroll və Yuki Tsunodanın qoşulmadığı bu sorğuda sürücülər özlərinə səs vermək hüququna malik olublar.

Hər iki sorğunun qalibi keçən mövsüm ən çox qələbə və poul əldə edən, çempionluğu cəmi 2 xalla itirən Maks Ferstappen olub. Ötən ilin çempionu Lando Norris isə hər iki siyahıda ikinci yeri tutub.

Xatırladaq ki, komanda rəhbərləri sorğunun keçirildiyi 18 ildə artıq beşinci dəfədir ki, Maksı qalib edirlər. Maksdan başqa əvvəlki illərdə Lyuis Həmilton 8, Sebastyan Fettel 3, Fernando Alonso isə 2 dəfə bu ada layiq görülüb.

Komanda rəhbərlərinin seçimi:

Sürücü Komanda Keçən illə müqayisə
1 Maks Ferstappen Red Bull =
2 Lando Norris McLaren =
3 Oskar Piastri McLaren 1
4 Corc Rassell Mercedes 2
5 Fernando Alonso Aston Martin 4
6 Karlos Sayns Williams 1
7 Şarl Lekler Ferrari 4
8 Oliver Berman Haas *
9 Ayzek Həcər Racing Bulls *
10 Niko Hülkenberq Sauber 2

* – Keçən il ilk onluqda olmayıb

 

Sürücülərin seçimi:

Sürücü Komanda Keçən illə müqayisə
1 Maks Ferstappen Red Bull =
2 Lando Norris McLaren =
3 Corc Rassell Mercedes 1
4 Oskar Piastri McLaren 1
5 Şarl Lekler Ferrari 2
6 Karlos Sayns Williams =
7 Fernando Alonso Aston Martin 2
8 Aleks Elbon Williams *
9 Oliver Berman Haas *
10 Ayzek Həcər Sauber *

* – Keçən il ilk onluqda olmayıb

Share: