Barselonada on komandanın və 20 sürücünün iştirakı ilə keçirilən beşgünlük qapalı testlər başa çatıb, bu testlərdə hər komanda maksimum üç gün işləyə bilərdi.
Williams komandası testlərə gəlməyib – maşın çatdırmaq mümkün olmayıb, Aston Martin isə cəmi iki gün işləyib. Komandalar pilotlar arasında iş qrafikini qeyri-bərabər bölüblər. Ferrari və Mercedes sürücüləri üç gün işləyib, digərləri iki günlə kifayətlənib, Aston Martin-dən Fernando Alonso və Lans Stroll isə cəmi bir gün trasda çıxış edə bilib.
Qəzalar və texniki nasazlıqlar da yaşanıb, lakin yeni reqlament üzrə ilk testlər üçün komandalar kifayət qədər böyük məsafə qət ediblər – ümumilikdə 14 min kilometrdən çox. Testlər qapalı keçirildiyi üçün əvvəlki günlərdə və bu yazıda göstərdiyimiz bütün rəqəmlər qeyri-rəsmi məlumatlara və ya komandaların təqdim etdiyi informasiyaya əsaslanıb.
Bununla belə, dəqiq məsafəni müəyyənləşdirmək mümkün deyil – bütün dövrələr tam olmayıb, sürücülər səhərlər aerodinamik testlər zamanı və ya sazlamalar dəyişdiriləndə pit-leynin çıxışından girişinə qədər tez-tez qısa dövrələr vurublar. Amma biz bütün dövrələrin tam olduğunu qəbul etmişik, hərçənd real məsafə bir qədər az olub.
Ən sürətli dövrələr
Testlərdə sürücülərə Pirelli-nin ən sərt üç tərkibi təqdim olunub. Ən yaxşı nəticələr C2 və C3 tərkibli təkərlərlə qısa dövrə seriyalarında göstərilib. Həftənin ən sürətli dövrəsini isə testlərin beşinci günündə Ferrari ilə Lyuis Həmilton vurub.
| Sürücü |
Komanda |
Motor |
Nəticə |
Gün |
| Lyuis Həmilton |
Ferrari |
Ferrari |
1:16.348 |
5 |
| Corc Rassell |
Mercedes |
Mercedes |
1:16.445 |
4 |
| Lando Norris |
McLaren |
Mercedes |
1:16.594 |
5 |
| Şarl Lekler |
Ferrari |
Ferrari |
1:16.653 |
5 |
| Kimi Antonelli |
Mercedes |
Mercedes |
1:17.081 |
4 |
| Oskar Piastri |
McLaren |
Mercedes |
1:17.446 |
5 |
| Maks Ferstappen |
Red Bull |
Red Bull/Ford |
1:17.586 |
5 |
| Pyer Qasli |
Alpine |
Mercedes |
1:17.707 |
5 |
| Ayzek Həcər |
Red Bull |
Red Bull/Ford |
1:18.159 |
1 |
| Esteban Okon |
Haas |
Ferrari |
1:18.393 |
5 |
| Oliver Berman |
Haas |
Ferrari |
1:18.423 |
5 |
| Arvid Lindblad |
Racing Bulls |
Red Bull/Ford |
1:18.451 |
4 |
| Lyam Louson |
Racing Bulls |
Red Bull/Ford |
1:18.840 |
4 |
| Franko Kolapinto |
Alpine |
Mercedes |
1:19.150 |
3 |
| Niko Hülkenberq |
Audi |
Audi |
1:19.870 |
5 |
| Qabriel Bortoleto |
Audi |
Audi |
1:20.179 |
5 |
| Fernando Alonso |
Aston Martin |
Honda |
1:20.795 |
5 |
| Valtteri Bottas |
Cadillac |
Ferrari |
1:20.920 |
5 |
| Serxio Peres |
Cadillac |
Ferrari |
1:21.024 |
4 |
| Ləns Stroll |
Aston Martin |
Honda |
1:46.404 |
4 |
Qət edilən məsafə (Sürücülər)
Ən güclü komandaların yeni maşınları kifayət qədər etibarlı alınıb, digərlərinin etibarlılığı barədə isə Bəhreyndəki testlərdən sonra fikir söyləmək mümkün olacaq.

Qət edilən məsafə (Komandalar)
Mercedes və Ferrari Barselonadakı testlərdə problemlərdən yayınıblar və ən böyük məsafəni qət ediblər. 2014-cü ildə reqlament dəyişilərkən də Mercedes bu mənada hamıdan fərqlənmişdi.

Qət edilən məsafə (Motorlar)
Bu müqayisəni aparmaq əslində düzgün deyil, çünki heç də bütün motor təchizatçıları eyni sayda maşınla təmsil olunmayıblar. Amma yenə də məlumat üçün nəticələri təqdim edirik.
