31 Mart, 2026 Xəbərlər

Yaponiya-2026: Sürücülərin performans dəyərləndirməsi

Sürücülər və komandalar hər bir yarışda tutduqları yerlərə uyğun xallar alırlar və yekunda onların çempionatdakı yerləri buna görə müəyyən olunur. Lakin bu heç də həmişə onların real performansının göstəricisi olmur.

Racemind saytı olaraq, biz hər bir yarış həftəsonu başa çatdıqdan sonra onların çıxışını müxtəlif aspektlərdən qiymətləndiririk. Verilən xallarda, əlbəttə, subyektivlik var. Lakin biz bir çox amili nəzərə alaraq, mümkün qədər obyektiv nəticəyə gəlməyə çalışırıq.

Xallar verilərkən sürücülərin təkcə yarış yox, sıralanma turundakı (sprint formatlı həftəsonlarında isə sprint sıralanma turu və yarışı da) çıxışı da nəzərə alınır. Hər əsas sessiya üzrə çıxışlar ayrılıqda 10 ballıq sistemlə qiymətləndirilir. Yekun bal belə hesablanır:

  • Adi həftəsonlarında sıralanma turu xalı * 0.4 + yarış xalı * 0.6
  • Spirnt formatlı həftəsonlarında isə sprint sıralanma turu xalı * 0.1 + sprint yarışı xalı * 0.2 + sıralanma turu xalı * 0.3 + yarış xalı * 0.4

 

Suzukada sürücülərin performanslarının qiymətləndirilməsi:

Pyer Qasli – 8.3. Fransız sürücü bu mövsüm əla çıxış edir. Bunu komanda yoldaşı ilə olan performans fərqindən də görmək olar. Sıralanma turunda əla yer tutan Pyer yarış ərzində Maks Ferstappeni ümumiyyətlə hücum məsafəsinə buraxmayaraq arxasında saxlaya bilib. Sahib olduğu maşınla maksimumu əldə etdiyini deyə bilərik.

Oscar Piastri – 8. McLaren getdikcə dirçəlir. Oskar keçən mövsümün böyük hissəsində titula əsas namizəd olsa da, sonda çempionatı üçüncü yerdə başa vurmalı olmuşdu. Bu il ilk 2 yarışda start ala bilməsə də, Suzukada həm sıralanma turunda, həm də yarışda komanda yoldaşından üstün olub. Yarışı isə podiumda başa vurub.

Kimi Antonelli – 7.9. Mercedes-in gənc sürücüsü ardıcıl iki yarışdır ki, poul və qələbə qazanır. Düzdür, bu uğurlarda ona Rassellin Çində sıralanma turunda ani problem yaşaması, burada isə Təhlükəsizlik Maşınına görə geri düşməsi də kömək edib. Suzukada pis startı olmasaydı, bu reytinqdə daha çox xala sahib ola bilərdi.

Bütün sürücülərin Suzukadakı həftəsonu üçün olan performans xalları ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.

# Pilot Komanda Sıralanma xalı Yarış xalı Orta xal
10 Pyer Qasli Alpine 9.5 7.5 8.3
81 Oskar Piastri McLaren 8.0 8.0 8.0
12 Kimi Antonelli Mercedes 8.5 7.5 7.9
16 Şarl Lekler Ferrari 7.5 7.5 7.5
31 Esteban Okon Haas 6.5 7.0 6.8
1 Lando Norris McLaren 6.5 7.0 6.8
5 Qabriel Bortoleto Audi 8.5 5.5 6.7
44 Lyuis Həmilton Ferrari 6.5 6.5 6.5
30 Lyam Louson Racing Bulls 5.0 7.5 6.5
55 Karlos Sayns Williams 6.5 6.5 6.5
41 Arvid Lindblad Racing Bulls 8.5 5.0 6.4
63 Corc Rassell Mercedes 6.5 6.0 6.2
27 Niko Hülkenberq Audi 5.5 6.5 6.1
6 Ayzek Həcər Red Bull 6.0 5.5 5.7
11 Serxio Peres Cadillac 5.0 6.0 5.6
3 Maks Ferstappen Red Bull 4.0 6.0 5.2
14 Fernando Alonso Aston Martin 5.0 5.0 5.0
23 Aleksander Elbon Williams 4.5 5.0 4.8
43 Franko Kolapinto Alpine 4.5 5.0 4.8
77 Valtteri Bottas Cadillac 4.5 5.0 4.8
18 Ləns Stroll Aston Martin 4.5 4.5 4.5
87 Oliver Berman Haas 3.5 5.0 4.4

 

Share: