18 Mart, 2026 Xəbərlər

Aston Martin Nyuini əvəzləyəcək komanda rəhbəri axtarır?

Şayiələrə görə, mövsümün uğursuz başlanğıcından və bir neçə mübahisəli qərardan sonra Aston Martin komanda rəhbəri Adrian Nyuinin yerinə başqa bir namizəd axtarmağa başlayıb.

Həmçinin bildirilib ki, o, hələlik bütün digər vəzifələrini və imtiyazlarını qoruyub saxlayacaq. Hətta yeni komanda rəhbəri gələrsə, tamamilə texniki tərəf fokuslanacaq.

Bəziləri Nyuinin “Honda bu il Formula 1-də yarışmağa hazır deyil” açıqlamasından narazı qalıb, digərləri isə britaniyalı mühəndisin karyerasında ilk dəfə komanda rəhbəri kimi qərarlarından məyus olublar. Nəticədə, sahiblər yeni bir rəhbər axtarmaqla məşğuldurlar.

Red Bull Racing-in keçmiş rəhbəri Kristian Horner də daxil olmaqla bir neçə ad açıqlanıb. Aydındır ki, Aston Martin-dəki mövcud böhran tez bir zamanda həll olunmayacaq. Bu, vaxt aparacaq.

Xatırladaq ki, komandanın problemləri yanvarın sonu Barselonada baş tutan “şeyk daun” günlərindən üzə çıxıb. Kataloniyaya son 2 gün üçün gəlsələr də, yalnız son gün işləyə biliblər.

Rəsmi qış testləri başlamışdan əvvəl artıq Honda motorunun qənaətbəxş olmadığı üzə çıxıb. Avstraliyadakı yarışdan əvvəl isə Nyui rəsmən açıqlayıb ki, yarışı bir neçə dövrə vuraraq tamamlayacaqlar. Buna səbəb kimi maşındakı güclü vibrasiya göstərilib.

Melburndakı yarış komanda üçün bir neçə dövrə ilə bitməyib – Alonso sözügedən vibrasiya səbəbindən 21 dövrədən sonra yarışı tərk edib, Stroll isə finişə 13 dövrə qalmış mexaniki problemlərə görə dayanmalı olub.

Şanxaydakı yarışda Stroll batereyadakı problemə görə 9-cu dövrədə yarışdan çəkilib, Alonso isə vibrasiyaya 32 dövrə dözə bilib. Lakin 19 dövrəlik sprint yarışını hər iki sürücü tamalaya bilib.

Aston Martin 2 yarışdan sonra Cadillac-la birlikdə xal qazana bilməyən 2 komandadan biridir, lakin finiş görə bilmədiyi üçün son yerdədir.

Share: