Reqlamentdəki genişmiqyaslı dəyişiklikləri nəzərə alsaq, Bəhreyndə testlərin ilk həftəsində əsas prioritet qət olunan məsafə olub. Yeni maşınlar, yeni mühərriklər, enerjinin rekuperasiyasına yeni yanaşma – testlər ərəfəsində suallar kifayət qədər çox idi.
Etibarlılıq baxımından heç kim problemlərdən uzaq qalmayıb, amma demək olar ki, bütün komandalar bir neçə dəfə yarış imitasiyası həyata keçirərək növbəti mərhələlər üçün möhkəm baza formalaşdırıblar. Üçüncü gün dövrəvi nəticələr yaxşılaşıb, lakin komandalar hələ sürət üzərində ciddi işləməyiblər. Gələn həftə hamı son yeniliklərini gətirəcək və ilk nəticələri çıxarmaq mümkün olacaq.
Qırmızı bayraqlar iki dəfə dalğalanıb. Birinci sessiyada Valtteri Bottas soyutma sistemində problemə görə maşını saxlayıb, lakin iki saat sonra yenidən trasa çıxıb. Sessiyanın son dəqiqələrində isə Lyuis Həmiltonun Ferrari-si düzlüklərin birində güc itirib – buna səbəb testlər üçün xarakterik sayıla bilən yanacağın bitməsi olub.
Qət olunan məsafəyə görə üçüncü gün maksimal dərəcədə məhsuldar alınıb. Dörd sürücü 100-dən çox dövrə vurub, lider isə 161 dövrə ilə Oskar Piastri olub. Ən yaxşı vaxtı Kimi Antonelli göstərib, lakin o, dünən dörd saat, bu gün isə daha bir saat yarım itirib və üç günün yekununda qət olunan məsafəyə görə 100 dövrədən də az nəticə ilə geridə qalıb.
Sessiya başa çatdıqdan sonra sürücülər start məşqləri üçün düzülərkən Franko Kolapintonun maşını bir neçə dəfə silkələnib və o, gözlənilmədən otluğa çıxıb. Zədələnmə olmayıb, lakin Alpine sürücüsü təhlükəsizlik zonasında dayanıb və maşın evakuasiya olunub.
Bu həftəlik testlər başa çatıb. Gələn həftə komandalar çərşənbədən cüməyədək daha üç test günü keçirəcəklər.
| Sürücü | Komanda | Nəticə | Fərq | Dövrə | Təkər |
| Kimi Antonelli | Mercedes | 1:33.669 | – | 62 | С3 |
| Corc Rassell | Mercedes | 1:33.918 | + 0.249 | 78 | С3 |
| Lyuis Həmilton | Ferrari | 1:34.209 | + 0.540 | 150 | С3 |
| Oskar Piastri | McLaren | 1:34.549 | + 0.880 | 161 | С3 |
| Maks Ferstappen | Red Bull | 1:35.341 | + 1.672 | 61 | С3 |
| Ayzek Həcər | Red Bull | 1:35.610 | + 1.941 | 59 | С3 |
| Esteban Okon | Haas | 1:35.753 | + 2.084 | 75 | С3 |
| Franko Kolapinto | Alpine | 1:35.806 | + 2.137 | 144 | С3 |
| Oliver Berman | Haas | 1:35.972 | + 2.303 | 70 | С3 |
| Niko Hülkenberq | Audi | 1:36.291 | + 2.622 | 58 | С3 |
| Aleksander Elbon | Williams | 1:36.793 | + 3.124 | 78 | С3 |
| Lyam Louson | Racing Bulls | 1:36.808 | + 3.139 | 119 | С3 |
| Karlos Sayns | Williams | 1:37.186 | + 3.517 | 68 | С2 |
| Serxio Peres | Cadillac | 1:37.365 | + 3.696 | 67 | С3 |
| Qabriel Bortoleto | Audi | 1:37.536 | + 3.867 | 60 | С3 |
| Ləns Stroll | Aston Martin | 1:38.165 | + 4.496 | 72 | С3 |
| Valtteri Bottas | Cadillac | 1:38.772 | + 5.103 | 37 | С2 |