12 Fevral, 2026 Xəbərlər

İlk qış testləri: Lekler ikinci gün hamıdan sürətlidir

Yeni maşınların çoxu xeyli məsafə qət etsə də, əvvəlcədən qarşısı alınmış problemlər yavaş-yavaş üzə çıxmağa başlayıb.

İkinci gündə Aston Martin və Cadillac bir neçə saat itirib, Mercedes və Red Bull isə ilk sessiyanı tamamilə buraxmalı olub.

Kimi Antonelli səhər cəmi üç dövrə vurduqdan sonra boksa qayıdıb. Analizdən sonra Mercedes güc qurğusunu dəyişmək qərarı verib. O, gün ərzində bir daha trasa çıxmayıb. Komanda qrafiki dəyişməyib – günortadan sonra sükan arxasına Corc Rassell keçib, gənc italiyalı isə faktiki olaraq işləyə bilməyib.

Red Bull Racing-də isə gecə maşının sökülməsi zamanı hidravlikada sızma aşkarlanıb. Problemin aradan qaldırılması səhər sessiyası boyu davam edib. Ayzek Həcər yalnız günortadan sonra trasa çıxıb, amma kifayət qədər böyük məsafə qət edə bilib.

Testlər ümumilikdə dörd dəfə qırmızı bayraqla dayandırılıb. Səhər Cadillac-da problem yaranıb – Serxio Peres trasda dayanıb və bolid təxliyə olunub. Günün ikinci yarısında isə qırmızı bayraqlar üç dəfə dalğalanıb. Əvvəlcə Bottasın Cadillac-i güzgüsünü itirib və bu detal az qala Saynsın maşınına dəyəcəkdi. Sonra isə Pyer Qasli Alpine ilə birinci döngəyə yaxın trasdan kənarda dayanıb. Sessiyanın son dəqiqələrində isə FIA sistemlərinin yoxlanması çərçivəsində qırmızı bayraqlar qaldırılıb.

Günün ən çox dövrə vuran sürücüsü Lando Norris olub – 149 dövrə. Ən yaxşı nəticəni isə səhər saatlarında Şarl Lekler göstərib – 1:34.273. Bununla belə, komandalar bu gün sürət üzərində işləməyiblər.

İlk iki günün nəticələrinə görə, Leklerin bugünkü dövrəsi hələ ki, ən yaxşıdır. Ən çox dövrə vuranlar isə sürücülərdən Şarl Lekler (220), komandalardan Williams (278), mühərriklərdən isə Mercedes-dir (857).

Sabah Bəhreyndə bu həftənin son test günü keçiriləcək. Əksər komandalarda sürücü dəyişiklikləri baş verəcək.

Pilot Komanda Nəticə Fərq Dövrə Təkər
Şarl Lekler Ferrari 1:34.273 140 С3
Lando Norris McLaren 1:34.784 + 0.511 150 С2
Oliver Berman Haas 1:35.394 + 1.121 131 С3
Corc Rassell Mercedes 1:35.466 + 1.193 54 С3
Ayzek Həcər Red Bull 1:36.561 + 2.288 89 С3
Qabriel Bortoleto Audi 1:36.670 + 2.397 68 С3
Pyer Qasli Alpine 1:36.723 + 2.450 97 С3
Valtteri Bottas Cadillac 1:36.824 + 2.551 68 С3
Aleksander Elbon Williams 1:37.229 + 2.956 62 С3
Niko Hülkenberq Audi 1:37.266 + 2.993 47 С3
Arvid Lindblad Racing Bulls 1:37.470 + 3.197 84 С3
Karlos Sayns Williams 1:37.592 + 3.319 71 С3
Lyam Louson Racing Bulls 1:38.017 + 3.744 50 С3
Fernando Alonso Aston Martin 1:38.248 + 3.975 98 С3
Serxio Peres Cadillac 1:38.653 + 4.380 42 С3
Kimi Antonelli Mercedes 11:54.791 3 С3
Share: