Səhər saatlarında SF-26 və RB22-nin sükanı arxasına ilk olaraq Şarl Lekler və Maks Ferstappen əyləşib. Sessiya quru trasda başlayıb, lakin qısa müddət sonra yağış başlayıb və gün ərzində asfaltı müxtəlif intensivliklə isladıb.
İlk qırmızı bayraqlara Maks Ferstappen səbəb olub: o, boksdan çıxış dövrəsində beşinci döngədə çınqıllığa düşüb və ilişib qalıb. Daha sonra Maks trasa qayıdıb və hətta günün ən yaxşı dövrəsini vurub, lakin müəyyən vaxt itkisi baş verib. Şarl Lekler oxşar problemlərlə üzləşməyib və planlaşdırılan proqramı tam yerinə yetirib.
Günün ikinci yarısında komandalar pilot dəyişikliyi edib – sükan arxasına Lyuis Həmilton və Ayzek Həcər keçib. Ayzek də qırmızı bayraqların çıxmasına səbəb olub, lakin nəticə daha ciddi olub. Komandanın debütantı son döngədə çınqıllığa çıxaraq maşını qəzaya uğradıb. arxa qanad və asılqanın zədələndiyi müşahidə edilib, buna görə də komanda trasa çıxışı vaxtından əvvəl dayandırıb.
Testlər çərşənbə günü davam edəcək. Hazırkı dünya çempionları McLaren sabahdan testlərə qoşulacaqlarını təsdiqləyib.
| Driver | Team | Result | Laps |
| Maks Ferstappen | Red Bull | 1:19.578 | 27 |
| Şarl Lekler | Ferrari | 1:20.844 | 66 |
| Ayzek Həcər | Red Bull | 1:31.891 | 43 |
| Lyuis Həmilton | Ferrari | 1:32.872 | 57 |