23 Fevral, 2026 Statistika

Qış testləri: Statistika

Testlər komandaları 2014-cü ildəki reqlament dəyişikliyi zamanındakı qədər çətinə salmayıb, lakin yenə də problemlərdən yan keçmək mümkün olmayıb. Bütün komandalar üçün xoşagəlməz hallar yaşanıb, lakin istər qət edilən məsafədə, istərsə dövrəvi nəticələrdə heç də hamı bərabər olmayıb.

Dövrəvi nəticələr

Son günə qədər komandalar real sürətlərini nümayiş etdirməyiblər. Bunu  biz Avstraliya Qran Prisi günlərində şənbə günü səhər tezdən qalxıb sıralanma turunda görə biləcəyik. Lakin daha çox Ferrari, Mercedes və McLaren arasında olan bu mübarizədə italyanlar əhəmiyyətli fərqlə birinci ola biliblər. Komandalar arasında fərqlər çox olub. Lakin debütant Cadillac-la yanaşı, Aston Martin də böyük fərqlə geridə qalıb.

Sürücü Komanda Nəticə Gün Təkər
1 Şarl Lekler Ferrari 1:31.992 6 C4
2 Kimi Antonelli Mercedes 1:32.803 5 C3
3 Oskar Piastri McLaren 1:32.861 5 C3
4 Lando Norris McLaren 1:32.871 6 C4
5 Maks Ferstappen Red Bull 1:33.109 6 C3
6 Corc Rassell Mercedes 1:33.197 4 C3
7 Lyuis Həmilton Ferrari 1:33.408 5 C3
8 Pyer Qasli Alpine 1:33.421 6 C5
9 Oliver Berman Haas 1:33.487 6 С4
10 Qabriel Bortoleto Audi 1:33.755 6 C4
11 Franko Kolapinto Alpine 1:33.818 5 C5
12 Niko Hülkenberq Audi 1:33.987 5 C4
13 Arvid Lindblad Racing Bulls 1:34.149 6 C4
14 Esteban Okon Haas 1:34.201 5 C4
15 Ayzek Həcər Red Bull 1:34.260 4 С4
16 Karlos Sayns Williams 1:34.342 6 C5
17 Lyam Louson Racing Bulls 1:34.532 5 С4
18 Aleksander Elbon Williams 1:34.555 5 C5
19 Valtteri Bottas Cadillac 1:35.290 6 C3
20 Serxio Peres Cadillac 1:35.369 5 C5
21 Ləns Stroll Aston Martin 1:35.974 4 C3
22 Fernando Alonso Aston Martin 1:36.536 4 С3

Qət edilən məsafələr

Sürücülər üzrə

Aston Martin bu mənada da çox uduzub. Komanda hətta son test günündə demək olar ki, dövrə vurmayıb. Bu mənada Cadillac sürücüləri yalnız onlardan irəlidə olublar. Digər komanda sürücülərindən müvəqqəti yaranan problemlərlə qarşılaşan bir neçə nəfəri nəzərə almasaq, demək olar ki, hamı qənaətbəxş məsafə qət edə bilib. Hamıdan çox maşın sürən isə Oskar Piastri olub.

Komandalar üzrə

Yuxarıda da qeyd etdiyimiz kimi, 12 il əvvəlki ilə müqayisədə, mənzərə fərqlidir. Komandaların çoxu bu dəfə uzun məsafələr qət etməyə nail olub. Düzdür, sürətlərin daha da artdığı son günlərdə problemlər də artıb, lakin artıq bir çoxları yeni reqlamentə əvvəlki dəyişiklik dövrü ilə müqayisədə daha çox hazır olub. Son çempion McLaren lider olub, Haas və Williams yaxşı mənada təəccübləndirib. Maraqlıdır ki, Mercedes ilk beşliyə daxil olmayıb.

Güc qurğuları üzrə

Mercedes öz komandasından əlavə, daha 3 komandanı da güc qurğusu ilə təchiz etdiyi üçün daha çox məlumat toplaya bilir. 8 maşınla təmsil olunmaq problemlə daha çox qarşılaşmaq ehtimalını yaradır, lakin onlar yenə liderliyi əldən verməyiblər. Bu motorla təchiz edilən komandalar orta hesabla 750 dövrə vura biliblər. Ferrari ümumi məsafədə ikinci olsa da, komandalara böldükdə, Audi-dən geri qalıblar.

Share: